Gürcüstanın hakim koalisiyası parçalanma astanasında
05 noyabr 2014 04:13 (UTC +04:00)

Gürcüstanın hakim koalisiyası parçalanma astanasında

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze hazırkı hökumətin tərkibindəki “Bizim Gürcüstan – Azad demokratlar” partiyasının rəhbəri  İrakli Alasaniyanın komandasından olan nazirlərin hamısının istefaya göndəriləcəyini istisna etməyib. Lent.az-ın verdiyi xəbərə görə, bu barədə APA  “Qruziya Onlayn”-a istinadən məlumat verir.

 

Qeyd edək ki,  Gürcüstanın baş naziri  İrakli Qaribaşvili ötən gün müdafiə naziri İrakli Alasaniya tutduğu vəzifədən azad edib. Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.

 

İrakli Alasaniyanı istefaya göndərdikdən sonra onun silahdaşı olan Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib.   

 

Qeyd edək ki, Petriaşvilidən başqa Gürcüstan hökumətində hazırda İrakli Alasaniyanın komandasını təmsil edən daha iki nazir var – bunlar ədliyyə naziri Teya Tsulukiani və xarici işlər naziri Maya Pancekidzedir. Maya Pancekidzenin İrakli Alasaniyanın həyat yoldaşının bacısı olduğu bildirilir.

 

Gürcüstan mətbuatı qeyd edir ki, Alasiniyanın rəhbəri olduğu partiya “Gürcü arzusu” hakim koalisiyasını tərk edəcəyi təqdirdə  “Gürcü arzusu” 10 deputat mandatını və nəticə olaraq  parlamentə çoxluğu  itirmiş olacaq.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862
avatar

Oxşar yazılar