Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
APA-nın “Qruziya-onlayn” saytına istinadən verdiyi məlumata görə, bunu baş nazir keçirdiyi brifinqdə bəyan edib.
İ.Qaribaşvili istefasının səbəbini açıqlamayıb.
Gürcüstan Konstitusiyasına görə, baş nazir postuna yeni namizədin adı bir həftə ərzində məlum olacaq.