Gürcüstanda yol qəzasında iki azərbaycanlı öldü
22 may 2015 05:15 (UTC +04:00)

Gürcüstanda yol qəzasında iki azərbaycanlı öldü

Mayın 21-də azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Qaracalar kəndində baş vermiş yol-qəzası nəticəsində iki nəfər soydaşımız dünyasını dəyişib və bir nəfər xəsarət alıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə,  “Toyota” və “Opel” markalı avtomobillər Qaracalar kəndindən 30-35 kilometr aralıda, Balto kəndi yaxınlığında toqquşub.

 

Məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü olan Mamuka Kamal oğlu və 20-21 yaşlarında olan sərnişin Əhməd Əsgərov  hadisə yerində keçiniblər. Hadisə zamanı yaralanan daha bir sərnişin 28 yaşlı Nadir  Şirxan oğlu Saqareco rayon xəstəxanasına yerləşdirilib.

 

Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

 

Hadisə yerinə polis və təcili yardım maşını gəlib. Hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası araşdırma aparır. İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

 

Qaracalar kənd sakinlərinin APA-ya verdiyi məlumatına görə,  “Toyota” markalı  avtomobilinin sürücüsü içkili vəziyyətdə avtomobili idarə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar