Mədrəsənin qapısından donuz başı asdılar - <span style="color:red;">Gürcüstanda   - YENİLƏNİB
11 sentyabr 2014 18:47 (UTC +04:00)

Mədrəsənin qapısından donuz başı asdılar - Gürcüstanda - YENİLƏNİB

 

 

“Gürcüstanın Kabuleti ərazisində mədrəsə qapısına donuz başının asılması böyük bir təxribatdır”.

 

Lent.az-ın məlumatına görə, bunu axar-az-a açıqlamasında Gürcüstanın Azərbaycandakı səfirliyinin birinci katibi Kaxa Abdaladze ölkəsində dini zəmində baş vermiş gərginliyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Gürcüstan Baş naziri İrakli Qaribaşvili də Azərbaycana rəsmi səfəri öncəsi Tiflisdə keçirdiyi brifinqdə bu hadisəni tənqid edib və bu xoşagəlməz olayın təxribat olduğunu bildirib.

 

Abdaladze əlavə edib ki, bu vaxta qədər ölkələrimiz arasında oxşar təxribatlara rast gəlinməyib və mənəvi heysiyyətlərə toxunan bənzər halların qarşısı amansızlıqla alınacaq.

 

Xatırladaq ki, Gürcüstanın frontnews.ge saytı bu ölkənin Kabuleti qəsəbəsinin Lermontov-13 ünvanında Türkiyə vətəndaşının açmaq istədiyi mədrəsənin giriş qapısına kəsilmiş donuz başı asılması barədə xəbər yaymışdı. Verilən məlumatda gürcülərin həmin ərazidə mədrəsənin açılmasının qəti əleyhinə olması və ən aşağılayıcı metoda əl atmaları vurğulanmışdı. Öz növbəsində məsələyə kəskin münasibət bildirən müsəlman icmaları təmsilçiləri isə bunu tərbiyəsizlik adlandırmışdılar.

 

 

18:17

 

Gürcüstanın Acarıstan muxtar vilayətində xristian və müsəlmanlar arasında qarşıdurma yaranıb. Lent.az-ın haqqin.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Frontnews xəbər yayıb. Kabuleti rayonunun Lermontov küçəsi, 13 ünvanında yaşayan sakinlər donuz başını açılması planlaşdırılan mədrəsə binasının qapısından asıblar.

 

Yerli sakinlərin bildirdiyinə görə, Türkiyə vətəndaşı həmin binada mədrəsə açmağı planlaşdırır. Sakinlər şəhərdə mədrəsənin açılmasının yolverilməz olduğu qənaətindədir. Sakinlər aksiya keçirərək Kabuleti-Batumi yolunu kəsiblər.

 

Rayonun rəhbəri Sulxan Yevgenidze mədrəsənin açılması üçün icazənin olmadığını bildirib. S.Yevgenizde regionda müsəlman dini məktəbinin açılmasında heç bir problem görmədiyini də sözlərinə əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2321
avatar

Oxşar yazılar