Gürcüstanda təhlükəsizlik məsələlərinə həsr olunan sammit keçiriləcək
22 aprel 2014 20:34 (UTC +04:00)

Gürcüstanda təhlükəsizlik məsələlərinə həsr olunan sammit keçiriləcək

May ayının əvvəlində Gürcüstanda təhlükəsizlik məsələlərinə həsr olunan sammit keçiriləcək. Tədbirdə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı gözlənilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili “Maesto” telekanalının efirindən bildirib. “Hazırda biz vacib məsələlər üzərində işləyirik. Bizim ölkə və region üçün ən  əhəmiyyətli məsələ - mayın əvvəlində təhlükəsizlik məsələlərinə həsr olunacaq  sammitin keçirilməsi olacaq. Bu tədbirdə Türkiyə və Azərbaycan prezidentləri iştirak edəcək”, deyə G. Marqvelaşvili bildirib.

 

Gürcüstan prezidenti sammitdə eyni zamanda energetika məsələlərinin müzakirə olunacağını da bildirib: “Biz energetika məsələlərini müzakirə edəcəyik. Bizim üçün Avropaya inteqrasiya istiqamətində apardığımız siyasət də çox vacibdir”, deyə prezident vurğulayıb.

APA-nın adı çəkilməyən mənbədən aldığı məlumata görə, sammit mayın 6-da baş tutacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427
avatar

Oxşar yazılar