Gürcüstanda prezidentlə baş nazir arasında narazılıq yarandı
11 sentyabr 2014 13:31 (UTC +04:00)

Gürcüstanda prezidentlə baş nazir arasında narazılıq yarandı

 

Gürcüstan prezidenti ilə baş nazir ölkənin BMT-nin Baş Assambleyasındakı nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi ilə bağlı razılığa gələ bilməyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, son günlər prezidentin ayrıca nümayəndə heyəti ilə Nyu-Yorkda keçiriləcək tədbirə hazırlaşması keçmiş baş nazir və hakim “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvilinin də narazılığına səbəb olub.

 

B. İvanişvili qeyd edib ki, hələ 2013-cü ildə inauqurasiya mərasimindən az sonra prezident Georgi Marqvelaşvili hökumətlə rəqabətə başlayıb: “Mən o vaxtkı fikrimdə qalıram, görünür, prezident də fikrini dəyişməyib. O, hökumətlə rəqabət aparmağa çalışır və hökumətin işinə mane olur. Marqvelaşvili sağlam rəqabət aparmır”.

 

Baş nazir Maya Pancikidze isə bildirib ki, hazırda Marqvelaşvilini fikrindən daşındırmaq üçün Prezident Administrasiyası ilə danışıqlar gedir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 942
avatar

Oxşar yazılar