Gürcüstanda daha iki nəfər H1N1 ("donuz qripi") virusundan ölüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzindən bildirilib.
Bildirilib ki, 2016-cı ilin yanvar ayının əvvəlindən indiyədək 5 nəfər “donuz qripi”ndən və bir nəfər H3N2 virusundan dünyasını dəyişib.
Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi Gürcüstanda adı çəkilən xəstəliyin yayılması səbəbindən bütün tibb müəssisələrinin və təcili yardım xidmətinin gücləndirilmiş iş rejiminə keçdiyini bildirib.