Gürcüstan və Türkiyə prezidentləri qeyri-rəsmi görüşüb
06 may 2014 01:44 (UTC +04:00)

Gürcüstan və Türkiyə prezidentləri qeyri-rəsmi görüşüb

Mayın 5-də Gürcüstan  və Türkiyə prezidentlərinin qeyri-rəsmi görüşü olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki prezident Gürcüstan paytaxtını piyada gəzib və Rustaveli prospektinə gediblər. Abdulla Gül Gürcüstan prezidenti Georgi Marqvelaşviliyə  səfərini təşkil etdiyi üçün təşəkkürünü bildirib.

 

Məlumata görə, mayın 6-da Gürcüstan-Azərbaycan-Türkiyə prezidentlərinin iştirakı ilə baş tutacaq üçtərəfli “2014 Tiflis Sammiti” keçiriləcək. Sammitin gedişi zamanı iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək.

 

Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612
avatar

Oxşar yazılar