Gürcüstan prezidenti Vladimir Putinlə görüşməyə hazırdır
27 dekabr 2014 03:22 (UTC +04:00)

Gürcüstan prezidenti Vladimir Putinlə görüşməyə hazırdır

0

Gürcüstanın prezidenti Georgi Marqvelaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu prezidentin xarici əlaqələr üzrə müşaviri Tenqiz Pxaladze bəyan edib.

 

"Görüş Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsinə aid olarsa prezident hər bir kəslə görüşməyə hazırdır", deyə T.Pxaladze bildirib.

 

O, həmçinin qeyd edib ki, əvvəllər prezident dəfələrlə  bu barədə danışıb, lakin hazırkı  mərhələdə görüş planlaşdırılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar