Gürcüstan prezidenti torpaq sürüşən əraziyə gedib
17 may 2014 21:06 (UTC +04:00)

Gürcüstan prezidenti torpaq sürüşən əraziyə gedib

Mayın 17-də  Gürcüstan-Rusiya sərhədi yaxınlığındakı Dəryal vadisində torpaq sürüşməsi baş verib.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, hadisə yerinə Gürcüstan prezidenti  Georgi Marqvelaşvili səfər edib.

 

“Sakinlərin dediyinə görə, sürüşmə zamanı 5-6  uzun yük aracı torpaq altında qalıb. Həmin avtomobillərin sürücüləri ilə birlikdə sərnişinlərin də olduğunu nəzərə alsaq, o zaman zərərçəkənlərin sayının çox olacağını ehtimal etmək olar”-deyə, o, jurnalistlərə bildirib.

 

Gürcüstan KİV-in məlumatına əsasən, təbii fəlakət bölgəsindən 250-yə yaxın sakin köçürülüb. Mənbə bildirib ki, 6 nəfər itkin düşmüş sayılır.

 

Xatırladaq ki, baş verən torpaq sürüşməsi nəticəsində Terek çayında da suyun səviyyəsi on metrdən çox artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar