Gürcüstan prezidenti avropalı komissarla görüşüb
05 mart 2014 00:03 (UTC +04:00)

Gürcüstan prezidenti avropalı komissarla görüşüb

0

Gürcüstan prezidenti Georgi Marqvelaşvili  Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə prezident administrasiyasından məlumat verilib. Məlumata görə, Giorgi Margvelashvili və Stefan Füle Gürcüstan və Avropa Birliyi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, yaxın gələcəkdə Avropa Birliyi ilə Gürcüstan arasında müvafiq Assosiasiya Sazişinin imzalanması aktualdır.

 

Avropa komissarı həmçinin  Gürcüstan prezidentinin qonşu ölkələrə - Azərbaycan və Ermənistana səfərlərinin nəticələri ilə maraqlanıb.

 

Tərəflər Cənubi Qafqaz regionunda Gürcüstanın birləşmək və dərin və hərtərəfli azad ticarət haqqında saziş imzalayacaq bir ölkə kimi əhəmiyyətini qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar