Gürcüstan erməni keşişinin döyülməsini “məişət məsələsi” adlandırıb
21 iyul 2014 20:51 (UTC +04:00)

Gürcüstan erməni keşişinin döyülməsini “məişət məsələsi” adlandırıb

0

Tiflisdə Eçmiədzin kilsəsinin keşişinə hücumdan Ermənistan narahatlığını bildirib.  

 

Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə,bunu Ermənistanın Xarici İşlər nazirliyinin sözçüsü Tiqran Balayan iyulun 21-də İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib.

 

 

Onun sözlərinə görə, Gürcüstan rəhbərliyinin tərəfsiz və ətraflı istintaq aparacağını gözləyirlər.

 

Gürcüstanda erməni Apostol Kilsəsinin yaydığı bəyanatda qeyd edilib ki, iyulun 19-dakı olay erməni kilsəsinin yanında maşını saxlayan qadınla kilsəyə gələnlər və keşişlər arasında mübahisədən başlayıb.

 

Bundan sonra Tiflisinin 50-yə yaxın  yerli sakini kilsənin yaxınlığında keşiş Manuk Zeynalyana hücum edərək, onu döyüb.  

 

Gürcüstan tərəfi hadisənin etnik xarakterli olmadığın, adi məişət olay olduğunu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 857

Oxşar yazılar