Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün nazirlər Kabinetinin yeni namizədlərini təqdim edib. Lent.az-ın İnterfaks-a istinadən məlumatına görə, ölkə tarixində ilk dəfə müdafiə naziri qadın ola bilər. Bu posta hökumət parlamentin üzvü, deputat Tina Xidaşelini məsləhət görüb. Gürcüstan prezidenti Georgi Marqvelaşvili hökumətin yeni siyahısını qəbul etməyib.
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, G. Marqvelaşvili bunu baş nazir və parlamentə daha sakit şəraitdə hökuməti formalaşdırmaq üçün imkan yaratmaq istəyi ilə əlaqələndirib.
O bildirib ki, fors-major durumda hökuməti formalaşdırmaq düzgün deyil.