Gürcü nazir: [b]“Azərbaycanlılar dövlət dilini öyrənməlidir”[/b]
14 iyul 2015 19:01 (UTC +04:00)

Gürcü nazir: [b]“Azərbaycanlılar dövlət dilini öyrənməlidir”[/b]

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə "Gənc vəkillər" Assosiasiyasının təşkilatçılığı ilə Etnik Azlıqların Forumu keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani çıxış edərək Gürcüstanın Avropa seçimi və perspektivləri, həmçinin dövlət dilinin öyrənilməsinin əhəmiyyəti haqqında danışıb.

 

Forumda Gürcüstanın Avropa və Avropa strukturlarına inteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Arçil Araluaşvili, NATO və Avropa Birliyinin Regional İnformasiya Mərkəzinin direktoru Yelena Qotsadze, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili çıxış edərək Gürcüstanın Avropa seçimində heç bir problem olmadığını və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığın getdikcə inkişaf etdiyini, etnik azlıqları Avropaya inteqrasiya istiqamətində maarifləndirilməyin vacib olduğunu bildiriblər.

 

T. Tsulukiani çıxışında qeyd edib ki, dövlət dilini mükəmməl öyrənən etnik azlıqların nümayəndələri nazir, nazir müavini, deputat və qubernator seçilə bilərlər.

 

Forum çərçivəsində "Gənc vəkillər" Assosiasiyasının hazırladığı "Milli Azlıqların Forumu-2015" adlı layihənin təqdimatı keçirilib.

 

T. Tsulukiani APA-ya açıqlamasında azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfəri barədə təəssüratlarını bölüşüb: "Gürcüstan hökumətinin məqsədi odur ki, Marneulidə yaşayan gənc nəsil 20-25 il bundan əvvəlki nəsil olmasın. Mənim üçün çox vacibdir ki, yeni nəsil dövlət dili ilə danışmağı öyrənsin. Bu, o demək deyil ki, onlar ata-anaları, baba və nənələri ilə danışdıqları ana dillərini itirsinlər. Xeyr, belə olmaz. Hər bir dil insan üçün var-dövlətdir. Ana dilini itirmək olmaz, lakin dövlət dili ilə hamı danışmalıdır, çünki bu, gələcəkdə karyera qazanmaq, siyasət sahəsində uğur əldə etmək, sadəcə olaraq, işləmək və perspektiv üçün çox vacibdir. Mən arzu edərdim ki, bütün gənclər gürcü dilini, Gürcüstan tarixini öyrənsinlər, qanunları bilsinlər, ona görə ki, bir gün onlar bu dövlətin idarə olunmasında iştirak edəcəklər, çünki onlar Gürcüstanın övladlarıdır. Biz hamımız bu ölkənin tamhüquqlu vətəndaşlarıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar