Gündüz azad edildi
01 oktyabr 2015 07:21 (UTC +04:00)

Gündüz azad edildi

0

Əfqanıstan ordusu “Taliban” hərəkatının silahlıları tərəfindən ələ keçirilən Gündüz şəhərini geri ala bilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan DİN-n rəsmi nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, Gündüz şəhəri geri qaytarılıb və terrorçulardan təmizlənib. “Taliblər xeyli sayda itki verib”, deyə DİN rəsmisi qeyd edib.

 

Sentyabrın 30-da Gündüz əyalətinin yeni qubernatoru təyin edilmiş Həmdulla Danişi faktı təsdiqləyib: “Hərbi əməliyyat barədə əlavə məlumat veriləcək. Qısa olaraq deyə bilərəm ki, yeni qoşun birləşmələri köməyimizə gələndən sonra irimiqyaslı əməliyyat həyata keçirildi. Taliblər buna davam gətirməyərək qaçdılar”.

 

Qeyd edək ki, “Taliban” silahlıları Gündüz şəhərini sentyabrın 28-də ələ keçirmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar