Gümrüdə qətliam törədən rus hərbçisi Ermənistanda mühakimə ediləcək
14 yanvar 2015 22:22 (UTC +04:00)

Gümrüdə qətliam törədən rus hərbçisi Ermənistanda mühakimə ediləcək

0

Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinən rusiyalı hərbi qulluqçu Valeriy Permyakov Ermənistanda mühakimə ediləcək.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş prokuroru Qevork Kostanyan bəyan edib.

 

“Cinayətkar Ermənistan ərazisində mühakimə ediləcək və hamının bu prosesi izləmək imkanı olacaq”, deyə Kostanyan bildirib.

 

Məlum olduğu kimi, Ermənistanın İstintaq Komitəsi Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi V.Permyakovu Gümrüdə baş vermiş hadisə ilə bağlı müttəhim qismində mühakimə edilməsi qərara alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar