Gümrüdə etiraz aksiyası keçirilir
25 sentyabr 2015 20:48 (UTC +04:00)

Gümrüdə etiraz aksiyası keçirilir

Ermənistanın Gümrü şəhərində konstitusiya islahatlarına qarşı çıxış edən siyasi qüvvələrin etiraz aksiyası başlayıb.

 

APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, “Yox” adlandırılan hərəkat mübarizəni Ermənistanın ən müxalif şəhəri sayılan Gümrüdə başlamağa qərar verib.

 

Gümrünün Teatr meydanına 200 nəfərədək insanın toplaşdığı bildirilir. Aksiyada “İrs” partiyasının lideri Raffi Ovanesyan, Ermənistan Milli Konqresinin və “Təsis parlamenti” təşkilatının üzvləri iştirak edir. Ehtimala görə, mitinqdə paytaxt İrəvanda start götürəcək aksiyaların vaxtı açıqlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar