Gümrü də ayağa qalxdı
23 iyun 2015 03:38 (UTC +04:00)

Gümrü də ayağa qalxdı

Ermənistanın Gümrü şəhərində Teatr meydanında etiraz aksiyası keçirilir.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar İrəvanda  Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektində keçirilən aksiyaya dəstək nümayiş etdirirlər.

 

Meydana toplaşanlar bildirib ki, İrəvanda etirazçılara qarşı güc tətbiq edildiyi təqdirdə Gümrü sakinləri buna biganə qalmayacaqlar.

 

Xatırladaq ki, ötən axşamdan İrəvanda nümayişçilər elektrik enerjisi qiymətlərinin artmasına etiraz edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182

Oxşar yazılar