Gülnarə Kərimovanın yaxın çevrəsindən olan erməniyə də iş kəsilib
16 iyul 2014 06:28 (UTC +04:00)

Gülnarə Kərimovanın yaxın çevrəsindən olan erməniyə də iş kəsilib

0

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın yaxınları Rüstəm Madumarov və Qayana Avakyan uyğun olaraq, 10 və 9 il azadlıqdan məhrum edilib.

 

Lent.az-ın “Svaboda” radiostansiyasına istinadən məlumatına görə, hər iki məhkumun həbs müddəti 1/3 il azaldılıb. Ancaq bu haqda rəsmi təkzib və ya təsdiq hələ yoxdur.

 

Mənbə xatırladıb ki, Rüstəm Madumarov, Qayana Avakyan və Yekatrina Klyuyeva qarşı “vergidən yayınma, bir qrup şəxslə əlbir olub xarici valyutanı gizlətmək” ittihamları irəli sürülmüşdü.

 

Bundan başqa ölkənin Baş Prokurorluğu Gülnarə Kərimovanın hər üç tərəfdarını dövlətə külli miqdarda ziyan vurmaqda ittiham edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1624

Oxşar yazılar