Güllələnən jurnalist kəşfiyyat qurumlarını  ittiham edib
25 aprel 2014 04:08 (UTC +04:00)

Güllələnən jurnalist kəşfiyyat qurumlarını  ittiham edib

Aprelin 19-da Pakistanın Karaçi şəhərindəki hava limanında yaraqlıların basqınına məruz qalan tanınmış jurnalisti Həmid Mir baş verən olayla bağlı xüsusi xidmət qurumlarını suçlayıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bununla bağlı hazırda xəstəxanada olan jurnalist bəyanat verib. O, bildirib ki, yaraqlılar tərəfindən çoxlu sayda hədələnsə də, təhlükənin böyük bir hissəsini Pakistanın qurumlararası kəşfiyyat idarəsi yaradır.

 

Müdafiə Nazirliyi ünvanına deyilən ittihamı rədd edərək, Həmid Mirin işlədəiyi telekanalının lisenziyasını ləğv etməyə çağırıb.

 

Bir müddət öncə hökumət jurnalistə basqınla bağlı xüsusi komissiyanın yaradıldığını elan etmişdi.

 

 

Həmid Mir dünyada 2001-ci ildə məşhurlaşıb. O, həmin il sentyabrın 11-də ABŞ –da “göydələnlər” dağıdılandan sonra “əl-Qaidə”-nin lideri Üsamə bin-Ladendən müsahibə götürən ilk jurnalistdir.

 

Həmid Mir hazırda “GeoTV”-də teleaparıcı işləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446
avatar

Oxşar yazılar