Güclü qar 3 nəfərin ölümünə səbəb oldu
03 fevral 2015 05:21 (UTC +04:00)

Güclü qar 3 nəfərin ölümünə səbəb oldu

ABŞ-da yağan güclü qar nəticəsində 3 nəfər ölüb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, Bostonda 57 yaşlı qadın qar uçqununun altında qalaraq ölüb.

 

Həmçinin İndiana ştatında yolların buz bağlaması 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.

 

Güclü qar səbəbindən Nyu-York, Boston, Çikaqo hava limanlarında 3 minə yaxın aviareys ləğv olunub. Mürəkkəb hava şəraiti ilə əlaqədar yollarda iri tıxaclar yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar