Georgian Airways Moskvaya  uçuşları dayandırdı
10 dekabr 2014 05:30 (UTC +04:00)

Georgian Airways Moskvaya uçuşları dayandırdı

0

Georgian Airways aviaşirkəti işçilərin tətili səbəbindən dekabrın 10-dan etibarən  Moskvaya birbaşa uçuşları dayandırıb. APA-nın “İmedi”-yə istinadən verdiyi xəbərə görə, tətil şirkətin texniki xidmətləri tərəfindən elan edilib. Onların narazılığına səbəb isə  Rusiya aviaşirkətlərinin ölkəyə uçuşlarının sayına Gürcüstan Mülki Aviasiya Agentliyi tərəfindən heç bir məhdudiyyət  qoyulmaması olub.      

 

Məlumata görə, hökumət Rusiya və Gürcüstan aviadaşıyıcıları arasında qeyd olunan  marşrut üzrə paritet tətbiq etməyə planlaşdırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar