Fevralın 28-də Tailandın Quru Qoşunları komandanı, general Prayut Çan-Oça ölkə hərbi çevrilişin hazırlandığı barədə yayılan söz-söhbəti nə təsdiq, nə də təkzib edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, general ölkənin «Thai PBS» telekanalına müsahibəsində deyib: «Bu haqda sual verməyi yığışdırın. Hər gün bu barədə danışa bilmərik. Çevriliş haqda informasiyanın nə təsdiq, nə də inkar edə bilmərəm. Mövcud münaqişəli siyasi vəziyyətdə ordunun vəzifəsi əhalinin təhlükəsizliyini təmin etməkdir».
O, ordunun etirazçıları dəstəkləməsi haqda məsələyə münasibət bildirərkən, deyib: «Əgər biz nümayişçiləri müdafiə etsəydik onların sırasında olardıq. Hərbçiləri ora yalnız nümayişçilərin təhlükəsizliyini təmin etmək üçün yollamışıq. Hərbçilər xidmətdə olmadıqları vaxtda aksiyalar qatıla bilər. Bunun üçün onlara icazə verilib».