Onun meyiti qarajda tapılıb
Məşhur “Vətənpərvər” (Patriot) filmində Mel Gibsonun kiçik qızı rolunu canlandıran Skay Mak Kole Bartusiak ölüb. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 21 yaşlı aktrisa ABŞ-ın Hyuston şəhərindəki evinin qarajında ölü vəziyyətdə aşkarlanıb.
Gənc aktrisanın ölüm səbəbi hələlik məlum deyil. Aktrisasının ölüm səbəbi tibbi-ekspertizadan sonra məlum olacaq. Qeyd edək ki, Bartusiak “Tanrının Əsəri”, “Şeytanın Parçası” adlı filmlərdə də rol alıb.