Gecə klubunda ölənlərin sayı 31-ə çatdı
03 noyabr 2015 01:27 (UTC +04:00)

Gecə klubunda ölənlərin sayı 31-ə çatdı

0

Rumıniyanın paytaxtı Buxarestdə “Colectiv” gecə klubunda baş verən yanğın  nəticəsində ölənlərin sayı 31-ə çatıb, 200 nəfər n xəsarət alıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan üçü ötən gün xəstəxanada keçinib.

 

Hadisə zamanı gecə klubunda 400-dən çox adam olub.  

 

Qeyd edək ki, oktyabrın 31-nə keçən gecə köhnə ayaqqabı zavodunun binasında yerləşən  “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar