APA-nın “gordonua.com” saytına istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın energetika naziri Eda Deyvi bildirib ki, plan artıq növbəti aya hazır ola bilər.
Həmçinin məlumat verilir ki, G7 artıq Rusiyadan enerji asılılığını azaldan plan qəbul edib.
E. Deyvinin sözlərinə görə, Qərb ölkələri Kreml tərəfindən gözlənilən təhlükənin aradan qaldırılmasının vacibliyini anlayır.
G7-nin planları sırasında maye qazdan istifadə üçün terminalların inşası, boru kəmərləri şəbəkəsinin genişləndirilməsi, həmçinin ABŞ tərəfindən şist qazının ixracına qoyulan məhdudiyyətin aradan qaldırılması daxildir.