Fransızı qaçıraraq  edam edən şəxslərin kimliyi bəlli oldu
01 oktyabr 2014 00:48 (UTC +04:00)

Fransızı qaçıraraq edam edən şəxslərin kimliyi bəlli oldu

0

Əlcəzair edam olunmuş fransız turisti oğurlayan şəxsləri müəyyənləşdirib

 

Əlcəzair hakimiyyəti ötən həftə qəddarcasına edam olunmuş Fransa vətəndaşını oğurlayan şəxslərin kimliyini müəyyənləşdirə bilib. Lent.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.  Məlumata əsasən, müvafiq açıqlamanı Əlcəzairin Ədliyyə Nazirliyi tərəfindən verilib.

 

Qeyd edək ki, fransız turist  sentyabrın 20-də Əlcəzairin Tizi Uzu şəhəri yaxınlığında “Əl Qaidə” ilə əlaqəli qruplaşmanın üzvləri tərəfindən girov götürülüb. 55 yaşlı Erve Qurdelin edam səhnəsini əks etdirən video görüntü onun qaçırılmasından 3 gün sonra yayılıb. Video çarx “Fransa hökumətinə qanlı məktub” adlandırılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1239

Oxşar yazılar