Fransa prezidenti Fransua Olland televiziya ilə müraciətində yeni baş nazir postuna ölkədə tanınmış siyasətçilərdən birini, daxili işlə naziri Manuel Valsı təyin etdiyini bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu qərar hakim Sosialist Partiyasının bələdiyyə seçkilərinin ikinci turunda məğlubiyyəti ilə əlaqədardır. Martın 31-də keçirilən həmin siyasi kampaniyada sosialistlər 42 faizə yaxın, sağ mərkəzçi Xalq Birliyi Hərəkatı isə 49 faiz səs qazanıb.
Seçkinin nəticələrinə əsasən solçular hər birinin sayı azı 9 min nəfərdən ibarət olan 155 şəhərdə yerli idarəetməni əldən verib.
İstefaya gedən baş nazir Jan-Mark Eyro və kabinetin başqa üzvləri seçkidə məğlubiyyətin məsuliyyətini üzərlərinə götürüblər.
***
21.20
Fransanın müdafiə naziri Jan-İv Le Driana hökumətə başçılıq etmək təklifi olunub.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, «France-2» bildirib ki, nazir bu təklifdən imtina edib.
Məlumata əsasən, Le Drian ölkə prezidenti Fransua Ollandla görüşdə hökumət başçılığına daxili işlə naziri Manüel Valsın namizədliyini dəstəklədiyini söyləyib.
Martın 30-da hakim sosialistlər bələdiyyə seçkilərinin ikinci tutunda məğlub olduqdan sonra yeni baş nazirin təyin edilməsi məsələsi aktuallaşıb.
Qeyd edək ki, baş nazir Jan-Mark Ero istefa verib.