Fransada polis miqrant düşərgələrini dağıtdı
22 sentyabr 2015 04:09 (UTC +04:00)

Fransada polis miqrant düşərgələrini dağıtdı

0

Fransa polisi Kale şəhərində irimiqyaslı əməliyyat keçirərərk miqrantların qaldığı qeyri-qanuni düşərgələri dağıdıb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat yerli hökumətin qərarı ilə keçirilib.

 

Qeyd olunur ki, düşərgələrdə 400-ə yaxın miqrant məskunlaşıbmış. Digər yaşayış yerləri miqrantlara təklif olunmayıb.

 

Bundan əvvəl polis düşərgələrdə təhlükəsizlik şəraitinin təmin edilmədiyinə etiraz edən qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar