Fransada ölənlərin sayı 16-ya çatdı
04 oktyabr 2015 17:07 (UTC +04:00)

Fransada ölənlərin sayı 16-ya çatdı

0

Fransanın cənub-şərqində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 3 nəfərin itkin düşdüyü bildirilir.

Lent.az BBC News-a istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland fəlakət zonasında fövqəladə vəziyyət elan edib. Ölənlərin yaxınlarına başsağlığı verən dövlət rəhbəri Bio şəhərində qocalar evinə baş çəkib.

Güclü yağışlar nəticəsində Braq çayı məcrasından çıxıb, Antib şəhərinin yaxınlığındakı rayonlar su altında qalıb. Məşhur Kann və Nitsşe şəhərlərində küçələri sel suları basıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar