Fransada iki qatar toqquşub: azı 17 sərnişin yaralanıb
18 iyul 2014 05:11 (UTC +04:00)

Fransada iki qatar toqquşub: azı 17 sərnişin yaralanıb

0

Fransanın cənubunda iki qatar toqquşub.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, olay nəticəsində azı 17 nəfər xəsarət alıb.

 

Olay ölkənin Po şəhəri yaxınlığında baş verib.

 

 

Toqquşan qatarlardan biri “TGV”  şəbəkəsinə daxil olan, sürət qatarıdır. Orada 170-dən çox sərnişin olub. İlkin məlumata əsasən, qəza zamanı qatar aşağı sürətlə hərəkət edirmiş.

 

Olayın baş vermə səbəbi hələ ki məlum deyil.

 

Mənbə xatırladıb ki, ötən il Parisdə qatar qəzası zamanı Fransa dəmiryolunun ciddi təmirə ehtiyacı olduğu bildirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar