Parisin şimal ətrafındakı Sent Uen şəhərində dörd üzü maskalı silahlı şəxs 3 nəfərə hücum edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, avtomat silahlardan atəş açan silahlılar daha sonra avtomobilə minərək hadisə yerini tərk ediblər.
Polis əməkdaşları hadisə yerindən iriçaplı silahdan açılan 10-dan çox giliz aşkarlayıb. Hücuma məruz qalanlar 20 yaşlı gənclərdir. Onlardan ikisinin vəziyyəti kritikdir.
Polis hadisənin kriminal olay və ya terror aktı olması versiyalarını araşdırır.