Fransa terror aktının qarşısı alındı
11 noyabr 2015 06:07 (UTC +04:00)

Fransa terror aktının qarşısı alındı

Fransa polisi Hərbi-Dəniz Qüvvələrinin Tulonda yerləşən ən iri bazasında terror aktının qarşısı alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

 

Məlumata görə, polis əməkdaşları Suriyadakı İŞİD terror qruplaşması ilə əlaqəli olan və hərbi bazada terror aktı törətməyi planlaşdıran 25 yaşlı şəxsi saxlayıblar. Saxlanılan şəxs 2014-cü ildə iki dəfə terrorçulara qoşulmaq üçün Suriyaya getməyə cəhd etdikdən sonra ölkənin kəşfiyyat qurumlarının nəzarətinə götürülüb.  

 

Gəncin oktyabrda saxlanıldığı, noyabrın 2-də isə ona qarşı ittiham irəli sürüldüyü bildirilir.  

 

Dindirilmə zamanı saxlanılan şəxs Suriyada İŞİD sıralarında  döyüşən fransalı silahlı ilə daim təmasda olduğunu etiraf edib. Məhz həmin terrorçu onu Fransada terror aktları törətməyə sövq edib. Saxlanılan şəxs Fransa  Hərbi-Dəniz Qüvvələrinin Tulonda yerləşən ən iri bazasında terror aktı törətməyi planlaşdırdığını etiraf edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42