Fransa Rusiyanı İŞİD-ə görə qınadı
30 sentyabr 2015 01:48 (UTC +04:00)

Fransa Rusiyanı İŞİD-ə görə qınadı

0

Fransanın XİN rəhbəri Loran Fabius bəyan edib ki, Rusiya İŞİD-in mövqelərinə dərhal hava zərbələri  endirməyə  başlamaq əvəzinə hələlik yalnız qruplaşma ilə mübarizəni müzakirə edir.   APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə,  bu barədə “Röters” xəbər yayıb.

 

“Dünya ictimaiyyəti  İŞİD qruplaşmasına zərbə endirib. Fransa, habelə Bəşər Əsəd  İŞİD-ə zərbələr endirib, Rusiya isə heç bir zərbə endirməyib. Məhz kimin  nə etdiyinə diqqət yetirmək lazımdır”, deyə  nazir qeyd edib.

 

Onun sözlərinə görə,  Rusiya tərəfi İŞİD-ə “media zərbələri” endirmək əvəzinə qruplaşmanın mövqelərinə real hava zərbələri endirmək daha məqsədəuyğun olardı: “Rusiya terrorçulara qarşı çıxırsa, onlara qarşı hava zərbələrin endirilməsi tamamilə normal bir hal olardı.  

 

Bundan əvvəl Rusiya, İran, Suriya və İraqın Bağdadda İŞİD-ə qarşı mübarizə üzrə İnformasiya mərkəzi yaratması barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar