Fransa prezidenti bir ay ərzində ikinci müşavirini itirdi
03 dekabr 2014 23:45 (UTC +04:00)

Fransa prezidenti bir ay ərzində ikinci müşavirini itirdi

0

Fransa prezidenti Fransua Ollandın müşaviri Fauzi Lamdaui fırıldaqçılıq ittihamı ilə dindirilməyə çağırıldıqdan sonra istefa verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Fauzi bu ay ərzində Ollandın istefa verən ikinci yaxın silahdaşıdır.

 

F.Lamdaui korporativ vəsaitlərin səmərəsiz istifadəsi, qeyri-qanuni gəlirlərin leqallaşdırılması və maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham edilir. Yelisey sarayı istefa faktını təsdiqləyib.

 

Qeyd edək ki, 2012-ci ildə F.Lamdaui Ollandın seçki qərargahına rəhbərlik edib. Bundan əvvəl Fransa prezidentinin digər müşaviri Kader Arif istefa vermişdi. O, tenderlərin keçirilməsində sui-istifadə hallarına yol verməkdə şübhəli bilinir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar