<span style="color:red;">Fransa prezidenti:  "Bu son şansdır"
07 fevral 2015 17:35 (UTC +04:00)

Fransa prezidenti: "Bu son şansdır"

Fransa prezidenti Fransua Olland Moskvada aparılan danışıqları şərh edərkən bildirib ki, bu, Ukrayna ilə bağlı razılığa gəlmək üçün “son şansdır”. O hesab edir ki, əks-təqdirdə dünya müharibə astanasına gəlib çıxa bilər. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə Fransa lideri Le Figaro qəzetinə deyib: “Mən hesab edirəm ki, bu, son şansdır. Əgər biz uzunmüddətli sülh razılaşmasına nail olmasaq, gələcək ssenarini yaxşı bilirik: bunun adı var, bu ssenari müharibə adlanır”.

Moskva danışıqlarını bir qədər əvvəl Almaniya kansleri Angela Merkel də şərh edib. Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı A.Merkel görüşün nəticə verəcəyinə şübhəsini ifadə edib. Bununla belə, onun fikrincə, cəhd göstərməyə dəyərdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar