Fransa polislərinin saqqal saxlamasına icazə verildi
11 iyul 2015 06:56 (UTC +04:00)

Fransa polislərinin saqqal saxlamasına icazə verildi

Fransada Polislərin Həmkarlar İttifaqı polisin saqqal saxlaması və tatuirovka vurdurması ilə bağlı icazəyə nail olub.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, sözügedən mövzu ilə bağlı müzakirələr iki ilə yaxın davam edib. Daha öncə polisin xarici görünüşü ilə bağlı məsələ 1974-cü ildə qəbul olunmuş qaydalara əsasən tənzimlənirdi. Belə ki, polisin saqqal uzatması üçün tibbi arayış gətirməsi lazım idi. Həmin arayışda bu məsələ həkimlər tərəfindən ciddi şəkildə əsaslandırılmalı idi.

 

“Əgər biz polislərin xalqa yaxın olmasını istəyiriksə, o zaman 1974-cü ildə qəbul edilmiş qaydaları dəyişməli, yeniləməliyik”. Bunu da Həmkarlar İttifaqının sədri İv Lefevre deyib. Amma qaydalarda qeyd edilib ki, saqqal səliqəli və baxımlı olmalı, hansısa sursatın daşınmasına maneçilik törətməməlidir. Bundan başqa, irqçi, siyasi, dini, ksenofob xarakterli tatuirovkaların vurdurulması da qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar