Fransa parlamenti müdafiə xərclərinin 3,8 mlrd avroyadək artırılmasını dəstəkləyib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, əlavə vəsaitlər Müdafiə Nazirliyinə 2016-2019-cu illərdə ayrılacaq.
Parlamentin yuxarı palatasının üzvləri dəyişiklikləri aşağı palatanın analoji qərarından sonra dəstəkləyib. Maliyyələşdirilmənin artırılması sayəsində Müdafiə Nazirliyi ixtisar edilməsi planlaşdırılan 34 min iş yerindən 19 minini qoruya biləcək. Bundan başqa, Müdafiə Nazirliyi məktəb, kilsə və strateji sənaye obyektlərinin mühafizəsinə 7 min hərbçi cəlb etmək iqtidarında olacaq.
Qeyd edək ki, Fransanın müdafiə büdcəsi 2015-ci il üçün 31,4 mlrd avro həcmində təsdiq edilib.