Fransa İŞİD-in başına "Parisdən sevgilər” yağdırdı
16 noyabr 2015 14:14 (UTC +04:00)

Fransa İŞİD-in başına "Parisdən sevgilər” yağdırdı

Dünən Fransa tərəfindən Rəqqadakı İŞİD silahlı mövqelərinə hava hücumları başladılıb.

Lent.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, Fransa Parisdə baş verən terror hadisəsindən sonra İŞİD-in mərkəzi hesab edilən Suriyanın Rəqqa şəhərini bombalayıb. Fransa Müdafiə Nazirliyinin verdiyi açıqlamada hücuma 10 təyyarənin qoşulduğu və hədəflərə 20 bomba atıldığı ifadə edilib.

Hücumlarda istifadə edilən bombaların üzərinə isə “From Paris with Love” (Parisdən sevgilərlə)  mesajları yazılıb.

Hücum zamanı idarə mərkəzi ilə cihadçıların təlim gördüyü düşərgənin vurulduğu açıqlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231

Oxşar yazılar