Fransa İŞİD-i İraqda da vurdu
24 noyabr 2015 01:42 (UTC +04:00)

Fransa İŞİD-i İraqda da vurdu

0

Fransa aviasiyası İŞİD-in İraqdakı mövqelərinə ilk hava zərbələri endirib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pyer de Vilye bəyan edib.

 

“İŞİD-in Ramadi və Mosul şəhərlərindəki mövqelərinə zərbələr endirilib. Bu, yerli quru qüvvələrinin dəstəyi ilə baş tutub”, deyə general de Vilye bildirib.

 

Prezident Fransua Olland isə bundan əvvəl bildirib ki, Fransa İŞİD-in Suriyadakı mövqelərinə endirilən zərbələrin sayını artıracaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar