Fransa ilə İndoneziya arasında edam böhranı
23 aprel 2015 03:28 (UTC +04:00)

Fransa ilə İndoneziya arasında edam böhranı

Fransa prezidenti Fransua Olland İndoneziyada fransalı Serj Atlauiyə ölüm cəzasının verilməsini pisləyib.

 

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, F. Olland qərardan məyus olduğunu bildirib.

 

Narkotik maddə qaçaqmalçılığında təqsirli bilinən Serj Atlaui 2005-ci ildə İndoneziyada tutulub.

 

"Bu qərar Fransa-İndoneziya əlaqələrinə zərbə vurur", deyə F. Oland bildirib. Eyni zamanda, Olland Avropa Şurası Parlament Assambleyasına (AŞPA) səslənərək, verilən cəzanın Avropa Şurasının dəyərlərinə zidd olduğunu xatırladıb.

 

Bundan əvvəl Fransanın xarici işlər naziri Loran Fabius İndoneziyanın Parisdəki səfiri ilə Serj Atlauinin işini müzakirə etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar