Fransa polisi Qavr limanında Avropa Birliyi tarixində ən iri həcmdə saxta dərman tutub. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, 2,5 milyon avroluq çeşidli xəstəliklərə aid saxta dərman preparatları Çində istehsal olunub.
Mənbə bildirib ki, tutulan medikamentlər üzərinə “çay” yazılmış qutulara qablaşdırılıbmış.
Qavr gömrükçüləri tərkibinə görə onların bəzilərinin insan sağlığına təhlükə yaratdığını təsdiqləyiblər.