Fransa “Əl-Qaidə”-nin avtomobil karvanını məhv etdi
10 oktyabr 2014 22:49 (UTC +04:00)

Fransa “Əl-Qaidə”-nin avtomobil karvanını məhv etdi

0

Fransa hərbçiləri Nigerdə “Əl-Qaidə”-yə məxsus avtomobil karvanını məhv edib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, terrorçulardan çoxlu sayda silah-sursat götürülüb, bir neçə nəfər əsir düşüb.

 

Avtomobil karvanının  Liviyadan Maliyə silah-sursat apardığı bildirilir. Qeyd edək ki, Fransız ekspedisiya korpusu Mali və digər qərbi Afrika ölkələrində fəaliyyət göstərən “Əl-Qaidə Maqrib ölkələrində” qruplaşmasına qarşı hərbi əməliyyatlar aparır.

 

Xatırladaq ki, 2012-ci ildə terrorçular Malidə baş verən hərbi çevrilişdən istifadə edərək ölkənin şimal hissəsini ələ keçirmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 858

Oxşar yazılar