Fransa-Ermənistan dostluq qrupunun rəhbərinə qarşı korrupsiya ittihamı
15 sentyabr 2015 19:10 (UTC +04:00)

Fransa-Ermənistan dostluq qrupunun rəhbərinə qarşı korrupsiya ittihamı

0
 

 Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Filip Kaltenbaha qarşı korrupsiya ittihamı irəli sürülüb.

 

APA-nın məlumatına görə, F. Kaltenbah Klamar şəhərinin meri olarkən köməkçisinin vasitəsi ilə aztəminatlı ailələr üçün nəzərdən tutulan mənzilləri satmaqda günahlandırılır.

 

Senator pul alarkən video kameraya çəkilib.

 

Dövlət ittihamçısı F. Kaltebaha 2 il müddətinə şərti həbs cəzasının verilməsi ilə yanaşı 20 min avroluq cərimənin kəsilməsini və 5 il müddətinə ictimai-siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyulmasını tələb edir.

 

Qeyd edək ki, F. Kaltenbah “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsinin qəbulunun ən qızğın tərəfdarlarından biri olub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar