Fizika üzrə Nobel mükafatı yaponlara getdi
07 oktyabr 2014 16:13 (UTC +04:00)

Fizika üzrə Nobel mükafatı yaponlara getdi

0

Bu il fizika üzrə Nobel mükafatı yaponiyalı alimlər İsamu Akasaki, Hiroşi Amano və Suji Nakamuraya verilib. APA - nın məlumatına görə, alimlər bu mükafata “effektiv və səmərəli mavi işıq saçan diodların ixtirasına görə” layiq görülüblər.

 

Qeyd edək ki, İsamu Akasaki 1929-cu ildə Yaponiyada doğulub. Naqoya Universitetinin professorudur. Hiroşi Amano 1960-cı ildə doğulub, 1989-cu ildən Naqoya Universitetində çalışır, universitetin professorudur.

 

Suji Nakamura isə 1954-cü ildə anadan olub, Amerika vətəndaşıdır. O, hazırda Kaliforniya universitetinin professorudur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 872

Oxşar yazılar