Finlandiyada 4 min ev işıqsız qalıb
11 dekabr 2014 03:44 (UTC +04:00)

Finlandiyada 4 min ev işıqsız qalıb

0

Finlandiyanın cənub və cənub-qərb regionlarında güclü külək 4 min evi elektrik enerjisiz qoyub.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 10-da güclü külək elektrik dirəklərini aşırıb.

 

Ayrı-ayrı bölgələrdə küləyin sürəti saniyədə 15-30 m çatıb. Meteoroloqların proqnozlarına əsasən, ölkə ərazisində qeyri-sabit, küləkli hava hələ bir neçə gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar