Film üçün hazırlanan maşın 2,4 milyon sterlinqə satıldı
20 fevral 2016 06:43 (UTC +04:00)

Film üçün hazırlanan maşın 2,4 milyon sterlinqə satıldı

0

Ceyms Bond filmlərindən biri olan “Spektr” üçün xüsusi olaraq istehsal edilən Aston Martin markalı maşın hərraca çıxarıldığı gün 2,4 milyon sterlinqə satılıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, film üçün hazırlanan “Aston Martin DB10" modelli maşın İngiltərənin paytaxtı Romada çıxarıldığı hərracda satılıb.

 

Bondu canlandıran ingilis aktyor Deniel Kreyqin filmdə geydiyi bir kostyum da 98 min 500 sterlinqə satılıb. Hərracdan əldə edilən gəlir "Sərhədsiz Həkimlər" Dərnəyinə bağışlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar