Noyabrın 11-ə keçən gecə Filippin arxipelaqının cənub sahilində 4,7 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İndoneziya ilə sərhəddə, Xose-Abad-Santos şəhərindən 113 km cənub-şərqdə, ocağı isə 43 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.