Filippində kilsə atəşə tutuldu: 1 ölüb, 4 yaralı
09 oktyabr 2014 06:51 (UTC +04:00)

Filippində kilsə atəşə tutuldu: 1 ölüb, 4 yaralı

0

Filippində kilsənin qumbaraatandan atəşə tutulması nəticəsində 1 qadın ölüb, 4 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənubunda, Kotabato əyalətinin Pikit şəhərində qeydə alınıb.

 

Yaralananlardan 2 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. Şahidlərin sözlərinə görə, cinayətkarlar kilsəyə motosikletlə gəliblər və atəş açdıqdan sonra dərhal hadisə yerindən uzaqlaşıblar.

 

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Filippin hökuməti 40 ilə yaxındır ki ölkənin cənubunda fəaliyyət göstərən “Moro İslam Azadlıq Cəbhəsi” (MİAC) ilə mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar