Filippinin Sulu əyalətində hökumət qoşunlarının həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində “Abu Səyaf” terror qruplaşmasının 8 silahlısı məhv edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 1 hərbçi həlak olub, 4-ü yaralanıb.
Filippin kəşfiyyatı Patikul şəhəri yaxınlığında əcnəbi girovların saxlanıldığını güman edir. Ötən ay ekstremistlər girov götürdükləri kanadalı turistin və norveçli jurnalistin görüntülərini yayıblar. Terrorçular onların sərbəst buraxılması üçün 21 milyon ABŞ dolları tələb ediblər.
Qeyd edək ki, “Əbu Səyaf” qruplaşması “Əl-Qaidənin” Filippindəki qolu hesab edilir.